BAKI, 22 fevral. TELEQRAF

HƏMAS təşkilatı Qəzza zolağının cənubunda yerləşən Rəfahda daha 2 israilli girovu azad edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, Avera Mengistu və Tal Shoham adlı 2 İsrail vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Sözügedən şəxslərin İsrail hərbi bazasına doğru yola düşdüyü bildirilib. Onlar tibbi müayinədən keçdikdən sonra ailə üzvləri ilə görüşəcəklər.

Bununla yanaşı, HƏMAS-ın Nuseyratda daha 4 nəfəri sərbəst buraxması gözlənilir.