Haqqımızda

“Teleqraf İnformasiya Agentliyi” (www.teleqraf.az www.teleqraf.com) 7 fevral 2025-ci ildən fəaliyyətə başlayıb. Agentlik Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni, idman və s. sahəsində baş verən hadisələri obyektiv, dəqiq və operativ formada oxucularına çatdırır.

Bütün ölkə ərazisindən xəbər yaymağı qarşısına məqsəd qoymuş agentliyin şəhər və rayonlarda yerli büroları yaradılıb.

Bundan başqa, Azərbaycanın dost, müttəfiq və strateji tərəfdaşı olan iki ölkədə - Türkiyə və Gürcüstanda agentliyin müxbir postları təsis olunub.

“Teleqraf İnformasiya Agentliyi” Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri geniş işıqlandırır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.

Tərəfsiz informasiya siyasəti həyata keçirən “Teleqraf İnformasiya Agentliyi” geniş kollektivə malikdir. Məsələlərə peşəkar, əhatəli və doğru yanaşmanı təmin etmək üçün agentliyə öz sahəsində ixtisaslaşmış jurnalistlər cəlb olunub.

Müasir dövrdə informasiya siyasətinin vacib elementi olan sosial media platformalarında effektivliyi təmin etmək üçün agentliyin Facebook, İnstagram, YouTube, Telegram və Tiktok səhifə və kanalları fəaliyyət göstərir. Burada agentliyin istehsal etdiyi xəbər, foto və videogörüntülər oxuculara, izləyicilərə çatdırılır.

“Teleqraf İnformasiya Agentliyi” bütün dövlət qurumlarını, özəl sektoru, siyasi partiyaları, beynəlxalq təsisatları və qeyri-hökumət təşkilatlarını əməkdaşlığa dəvət edir.

Qeyd edək ki, “Teleqraf” İnformasiya Agentliyi “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında yaradılıb. “Gündəlik Teleqraf” qəzeti print və onlayn versiyada 2012-ci ildə təsis olunub, 2015-ci ildə isə Teleqraf.com xəbər portalına çevrilib.