BAKI, 19 fevral. TELEQRAF

Pakistanın Bəlucistan əyalətinin Bərxan şəhərindən Lahora gedən sərnişin avtobusundan zorla çıxarılan 7 nəfər vəhşicəsinə öldürülüb.

Teleqraf xəbər verir ki, yol kənarında “nəzarət-buraxılış məntəqəsi” quran silahlılar avtobusu saxlayaraq, sərnişinlərin şəxsiyyət vəsiqələrini yoxlayıblar və 7 nəfəri güllələləyib.

Bəlucistan əyalətinin baş naziri Mir Sərfraz Buqti hücumu qətiyyətlə pisləyib və bunu “sülh düşmənlərinin qorxaq hərəkəti” adlandırıb.

Buqti günahsız və silahsız mülki insanların hədəfə alınmasının qəbuledilməz olduğunu vurğulayaraq, günahkarların ədalət qarşısında cavab verəcəyinə söz verib.