BAKI, 22 fevral. TELEQRAF

"Türk Hava Yolları" (THY) yağan güclü qar səbəbindən sabah İstanbul Hava Limanına həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv edib.

Teleqraf xəbər verir ki, bu haqda THY-nin sosial media hesabından məlumat verilib.

Məlumatda qeyd olunub: "Hörmətli sərnişinlər, fevralın 23-də əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından bəzi uçuşlarımız ləğv olundu. Uçuşları ləğv edilən sərnişinlərə əlavə hüquqlar verilir. Daha ətraflı məlumat almaq üçün sosial media hesabımızdan və "Whatsapp" vasitəsilə əlaqə saxlaya bilərsiniz".