
TBİLİSİ, 22 fevral. TELEQRAF
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Şota Rustaveli adına Milli Teatrın icraçı direktoru Giorgi Tevzadze imzalayıb.
Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılır.
Şota Rustaveli adına Milli Teatrda baş tutmuş imzalanma mərasimində Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan teatrının bədii rəhbəri Robert Sturua da iştirak edib.