
BAKI, 22 fevral. TELEQRAF
2024-cü ilin ilkin məlumatlarına əsasən, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,9 saat təşkil edib. Əmək fəaliyyətinin müxtəlif sahələrində isə bu göstərici fərqli olub.
Teleqraf xəbər verir ki, 2024-cü ildə Azərbaycanda ən çox işləyən sahələr sırasında dövlət idarəetməsi və müdafiə sektoru ilk sırada qərarlaşıb. Belə ki, bu sektorda bir işçiyə düşən orta aylıq iş saatı 157 saat təşkil edib. Bu sahəni, aylıq 155 saat ilə ticarət və nəqliyyat vasitələrinin təmiri, 154 saat ilə isə tikinti və su təchizatı, tullantıların təmizlənməsi sektoru izləyib.
Ən az orta aylıq iş saatları təhsil (140 saat), o cümlədən, peşə, elmi və texniki fəaliyyətində (143 saat) olub.