
BAKI, 22 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Səbail"i qəbul edib. Baş hakim Fərid Hacıyevın idarə etdiyi oyunda qapılara qol vurulmayıb - 0:0.
Bu nəticədən sonra Muxtar Respublika təmsilçisi Premyer Liqanın turnir cədvəlində 45 xalla ikinci, "Səbail" isə 18 xalla sonuncu - 10-cu pillədə qalıb.
Qeyd edək ki, XXIV turun bu gün keçiriləcək digər oyununda "Qarabağ" "Sabah"ı qonaq edəcək.