BAKI, 18 fevral. TELEQRAF

Pakistanın paytaxtı İslamabaddakı məşhur "F-8" qovşağı da daxil olmaqla, ən işlək magistral hissələrdən birinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı verilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatında qeyd olunub.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bu ölkəyə səfəri çərçivəsində qovşağın açılış mərasimində iştirak etmişdi.