
BAKI, 22 fevral. TELEQRAF
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkilərdən ölənlərin sayı daha iki nəfər artıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, indiyə qədər saxta içkilərdən 65 nəfər dünyasını dəyişib.
Hadisə ilə bağlı davam edən araşdırmalar zamanı 32 nəfər saxlanılıb.
Saxta içkilər istehsal edənlərin tutulması istiqamətində axtarışlar davam etdirilir.