
BAKI, 22 fevral. TELEQRAF
Almaniyada əhali elektrik enerjisinə 2021-ci ilə nisbətən orta hesabla 31% daha çox pul xərcləyir.
Teleqraf xəbər verir ki, bu barədə "Verivox" istehlakçı portalının araşdırmasında qeyd edilib.
Sənədə əsasən, hazırda orta hesabla üç nəfərlik ailənin illik elektrik enerjisi xərci 5407 avrodur. 2021-ci ildə bu rəqəm 4121 avro olub.
İstilik xərclərində isə artım daha yüksəkdir. Bu yöndə xərclər orta hesabla 61% artıb.
"Qiymət artımı qaz şəbəkələri üçün tariflərin artması və qalıq yanacaqlardan istifadə nəticəsində karbon qazı emissiyaları ilə bağlı tariflərin bahalaşması ilə əlaqədardır" deyə, "Verivox"un hesabatında qeyd edilir.
O da bildirilir ki, 2021-ci ildən benzin və dizel yanacağının da qiymətləri - müvafiq olaraq 15% və 21% artıb. İstehlakçılar orta hesabla yanacağa 17% daha çox pul ödəyirlər.
Tədqiqatın nəticələrinə əsasən, enerji xərcləri artmaqda davam edəcək.
Qeyd edək ki, Almaniya iqtisadiyyatı ciddi böhran yaşayır. 2023-cü ildə ölkənin ÜDM-i 0,3%, 2024-cü ildə 0,2% azalıb. Sonuncu dəfə Almaniya ÜMD-də iki il ərzində ardıcıl 20 il əvvəl - 2003-2004-cü illərdə qeydə alınıb.