BAKI, 22 fevral. TELEQRAF

Təbrizin “Traktorsazi” klubu İran çempionatında uğurlu çıxışını davam etdirir.

Teleqraf xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi bu gün 20-ci turun oyununda öz meydanında “Xeybar” klubunu minimal hesabla məğlub edib – 1:0. Oyunun taleyini həll edən qolu 46-cı dəqiqədə xorvatiyalı Domaqoy Drozdek vurub.

Vacib qələbə sayəsində xal ehtiyatını 44-ə çatdıran “Traktorsazi” liderliyini bərpa edib.

Qeyd edək ki, ötən gün öz meydanında “Zob Ahan”ı böyük hesabla (4:1) udan “Sepahan” 43 xalla liderliyi ələ keçirmişdi. “Persepolis” klubu 38 xalla ilk üçlükdədir.