.jpg)
TBİLİSİ, 22 fevral. TELEQRAF
"Gürcüstanın Mədəniyyət Nazirliyi Azərbaycanla bağlı mədəni məsələlərin hamısına qoşulub".
Bunu Teleqraf-ın yerli bürosunun Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin bərpası məsələsi ilə bağlı sualına cavabında Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze deyib.
O bildirib ki, muzeyin yenidən qurulması prosesində Azərbaycanın Gürcüstandakı səfirliyi də iştirak edir.
"Bütün işlər planlaşdırılmış və qarşılıqlı razılaşdırılmış şəkildə aparılır", - nazir qeyd edib.