BAKI, 22 fevral. TELEQRAF

HƏMAS tərəfindən İsrailə təhvil verilən israilli girovların cəsədləri tibbi ekspertizadan sonra dəfn ediləcəklər.

Teleqraf İsrail mətbuatına istinadən xəbər verir ki, ailənin sağ qalan üzvləri Şiri Bibasın HƏMAS əsirliyində öldürüldüyünü açıqlayıblar.

Amma Məhkəmə Tibb İnstitutu bunu təsdiqləməyib.

Fələstinin "HƏMAS" hərəkatı israilli girov Şiri Bibasın cəsədini örtən gecə Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

2023-cü il oktyabrın 7-də qaçırılmış girovlar arasında 9 aylıq olan körpə Kfir Bibas və onun 4 yaşlı qardaşı Ariel Bibas da olub. HƏMAS rəsmiləri bəyan ediblər ki, körpələr və anaları 2023-cü ilin noyabrında İsrailin hava hücumu nəticəsində həlak olublar. Onların atası Yarden Bibas ayrıca qaçırılıb və bu ayın əvvəlində sağ-salamat geri qaytarılıb. Bir neçə gün öncə tanınmaz halda olan Babasın cəsədinin əvəzinə başqa bir şəxsin qalıqları İsrailə göndərilmişdi. Üç israilli girovun cəsədi sahibinə məxsus olsa da, dördüncü naməlum qadının cəsədinin kimliyini müəyyən etmək mümkün olmamışdı. Bu gün isə HƏMAS Şiri Bibasın olduğu ehtimal edilən cəsədi İsrailə təhvil verib.