BAKI, 22 fevral. TELEQRAF

Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən açıqlama edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İdarənin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Səbinə Məmmədova məlumat verib.

"Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, sözügedən məktəbimizdə bu adda müəllim çalışmır və belə bir hadisənin baş verməsi ilə bağlı hər hansı təsdiq olunmuş fakt yoxdur.

İctimaiyyəti rəsmi mənbələrdən dəqiqləşdirilməmiş informasiyalara inanmamağa, istinad etməməyə çağırırıq", - deyə o feysbuk paylaşımında qeyd edib.

Xatırladaq ki, sosial mediada məktəbin bir qrup şagirdinin aşağı qiymət aldıqları üçün müəllimin telefonunu sındırmaları barədə məlumat yayılmışdı.