BAKI, 19 fevral. TELEQRAF

İsrail hakimiyyəti HƏMAS-ın fevralın 22-də azad edəcəyi altı girovun adını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Girov ailələri forumu” ictimai təşkilatı bəyanat yayıb.

“Girov və İtkin Şəxslərin Ailələri Forumu" həmin şəxslərin adlarını vurğulayıb. Bunlar Eliya Koen, Tal Şoham, Ömər Şem Tov, Ömər Venkert, Hişam əl-Səid və Avera Mengistudur.

Fəallar həmçinin qeyd ediblər ki, daha 4 girovun cəsədlərinin qalıqları fevralın 20-də qaytarılacaq.