BAKı, 18 fevral. TELEQRAF

İsrail ordusunun 61 illik "Baas" rejiminin süqutundan sonra mənimsədiyi Suriya ərazisində 7 ayrı hərbi baza qurduğu müəyyənləşib.

Teleqraf xəbər verir ki, ABŞ-də yerləşən "Planet Labs PBC" şirkəti tərəfindən təqdim edilən və "Haaretz" qəzetinin dərc etdiyi peyk görüntüləri İsrail ordusunun Suriyada tutduğu ərazilərdə hərbi bazalar qurmağa davam etdiyini ortaya çıxarıb.

İsrailin Suriyanın möhkəmləndiyi bölgələrində başda Şeyx (Hermon) dağı olmaqla, azı 7 hərbi baza qurduğu bildirilib.

Xəbərdə İsrail ordusunun Suriyadakı bölgələrdə uzun müddət qalmaq üçün ötən ilin dekabrında fəaliyyətə başladığı və müddətin nə vaxt sona çatacağının bəlli olmadığı qeyd edilib.