
BAKI, 22 fevral. TELEQRAF
2024-cü ildə ölkə üzrə iaşə dövriyyəsi 2 milyard 374 milyon 288 min manat olub.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, 2023-cü illə müqayisədə təxminən 16,3% artım olub.
Bakıda dövriyyə 1 milyard 695 milyon 987,6 min manat təşkil edib. Burada 2023-cü illə müqayisədə artım təxminən 16,84% olub.
Bölgələrdə iaşə dövriyyəsinin dəyəri Naxçıvanda 49 milyon 968,0 min, Abşeron-Xızı iqtisadi rayonunda 77 milyon 998,6 min, Dağlıq Şirvanda 35 milyon 962,1 min, Gəncə-Daşkəsəndə 75 milyon 35,5 min, Qazax-Tovuzda 39 milyon 380,9 min, Şəki-Zaqatalada 63 milyon 630,1 min, Şirvan-Salyanda 44 milyon 356,4 min, Lənkəran-Astarada 67 milyon 724,7 min, Mərkəzi Aranda 75 milyon 497,8 min, Quba-Xaçmazda 67 milyon 272,9 min, Mil Muğanda isə 26 milyon 202,3 min manat olub.
Qarabağda iaşə dövriyyəsi 51 milyon 708,8 min manat olub. Əvvəlki illə müqayisədə burada artım təxminən 22,7% olub.
Şərqi Zəngəzurda bu göstərici 3 milyon 562,3 min manat olub.