
BAKI, 22 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Teleqraf xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qonaq edib. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda ilk qolu 17-ci dəqiqədə meydan sahiblərinin “10” nömrəsi Abdullah Zubir vurub. 35-ci dəqiqədə isə Masazır təmsilçisinin nigeriyalı hücumçusu Cessi Sekidika bərabərlik qolunun müəllifi olub.
“Qarabağ” bu nəticə ilə xallarının sayını 57-yə çatdıraraq liderliyini möhkəmləndirib. “Sabah” 33 xalla 5-cidir.
Əlavə edək ki, “Sabah”ın Azərbaycan Premyer Liqasında 200-cü oyununda 2 qol qeydə alınıb.
Qeyd edək ki, XXIV turun artıq keçirilən oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə udub, “Araz-Naxçıvan” isə “Səbail”lə qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək “Şamaxı” - “Turan Tovuz” və “Zirə” - “Kəpəz” oyunları ilə yekun vurulacaq.