
BAKI, 22 fevral. TELEQRAF
HƏMAS tərəfindən azad edilən növbəti üç girov təhvil alınıb və İsrailə aparılır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Azad edilən şəxslərin yaxın zamanda ilkin tibbi müayinədən keçəcəkləri bildirilib.
HƏMAS İsraillə atəşkəs razılaşması çərçivəsində gün ərzində 5 girovu artıq sərbəst buraxıb.Bu gün daha bir nəfərin ayrıca İsrailə təhvil veriləcəyi gözlənilir.
İsrail tərəfi isə girov mübadiləsinə əsasən, 602 nəfəri azadlığa buraxmalıdır.
Qeyd edək ki, bu gün razılaşmaya əsasən HƏMAS 2 girovu İsrailə təhvil vermişdi.