.jpg)
BAKI, 18 fevral. TELEQRAF
Livan öz torpaqlarında İsrailin qalan hərbi mövcudluğunu işğal hesab edəcək və İsrailin geri çəkilməsini təmin etmək üçün bütün vasitələrdən istifadə etmək hüququna malikdir.
Teleqraf xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş, “Hizbullah” terror təşkilatı ilə İsrail arasında müharibəni dayandıran atəşkəs razılaşmasının icrası üçün son tarixdir.
İsrail hökuməti bu gün razılaşmanı yerinə yetirəcəyini, amma Livanın cənubundakı beş strateji mövqedə hərbi mövcudluğunu davam etdirəcəyini açıqlayıb.