BAKI, 19 fevral. TELEQRAF

Türkiyə fələstinlilərin Qəzza zolağından deportasiya edilməsinə imkan verməyəcək.

Teleqraf xəbər verir ki, bunu amerikalı həmkarı Donald Trampın fələstinlilərin Qəzzadan köçürülməsi təklifinə münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qəzzada deportasiya planına icazə verilə bilməz. Qeyri-insani planlara göz yummayacağıq”, - dövlət başçısı vurğulayıb.

Prezident Ərdoğan Türkiyənin Fələstinə dəstəyini bundan sonra da davam etdirəcəyini bildirib.