BAKI, 18 fevral. TELEQRAF

Livanın cənubunu tərk edən İsrail ordusu bu ölkənin ərazisində beş mövqedə mövcudluğunu qoruyacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz məlumat verib.

“Bu gündən etibarən İsrail Müdafiə Qüvvələri Livandakı bufer zonada İsrailin şimalındakı yaşayış məntəqələrinin mühafizəsini təmin etmək üçün sərhəd boyunca beş nəzarət mövqeyində qalacaq.

İsrail ordusu “Hizbullah”a qarşı tam gücü ilə hərəkətə davam edəcək. 7 oktyabr (2023) reallığına qayıtmağa imkan verməyəcəyik”, - nazir deyib.