
BAKI, 19 fevral. TELEQRAF
Fələstinin HƏMAS radikal hərəkatı bütün israilli girovları bir anda dəyişməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, birdəfəlik mübadilə razılaşmanın ikinci mərhələsində həyata keçirilə bilər. Sadəcə, bunun üçün daimi atəşkəs və İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılması ilə bağlı razılaşmalar əldə olunmalıdır.