BAKI, 19 fevral. TELEQRAF

İran kəşfiyyatı və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ABŞ, İsrail və digər ölkələrin casusluq şəbəkəsini aşkarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

“Bu agentlər ticarət, mədəniyyət və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərib, məxfi məlumat toplamağa və İran daxilində təsir şəbəkələri qurmağa cəhd ediblər”- məlumatda deyilir.