BAKI, 22 fevral. TELEQRAF

ABŞ-də Donald Tramp administrasiyası ölkədə yaşayan qeyri-qanuni mühacirləri deportasiya etməzdən əvvəl onları saxlamaq üçün ölkədəki hərbi birləşmələrdən istifadə edəcək.

Teleqraf xəbər verir ki, ABŞ rəsmisinə əsaslanan xəbərə görə, Texas əyalətindəki "Fort Bliss" hərbi bazasında 10 minə yaxın qeyri-qanuni immiqrant saxlanılacağı nəzərdən keçirilir.

Tramp administrasiyası qeyri-qanuni mühacirləri deportasiya başa çatana qədər həbs etmək üçün ölkədəki hərbi bazalardan istifadə etməyi planlaşdırır və "Fort Bliss" Hərbi Bazasını plan üçün "model" olaraq təyin edib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bir bölməsi olan İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) məlumatlarına görə, yanavarın 16-dan 28-dək ABŞ-da müxtəlif cinayətlərə görə axtarışda olan 171 qeyri-qanuni mühacir saxlanılıb.