BAKI, 21 fevral. TELEQRAF

Fələstin HƏMAS qrupu açıqlayıb ki, israilli girov Şiri Bibasın cəsədi, İsrailin hava hücumu nəticəsində digər insan qalıqları ilə qarışıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Arabia" məlumat yayıb.

Xatırladaq ki, HƏMAS girov götürdüyü Şiri Bibasın əvəzinə naməlum Qəzza sakininin cəsədini İsrailə təhvil verib.

İsrailin Baş naziri Binyamin Netanyahu buna cavab olaraq bildirib ki, HƏMAS bunun əvəzini ödəyəcək.