
BAKI, 22 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq, Rusiyanın əlini gücləndirmək, danışıqlarda Avropa İttifaqı (Aİ) və Ukraynanı istisna etmək planı Avropa liderləri arasında çaxnaşma salıb.
Teleqraf xəbər verir ki, Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinin 4-cü ilində Ukraynaya dəstək olmaq üçün Kiyevdə gerçəkləşəcək görüşdə iştirak edəcəklər.
Görüşdə Aİ Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin (AP) sədri Roberta Metsola, həmçinin İspaniya, Litva, Latviya, Malta və Kanada lideri bir araya gələcəklər.
Görüşün vaxtı barədə dəqiq məlumat açıqlanmayıb.