BAKI, 22 fevral. TELEQRAF

HƏMAS - Qəzzada atəşkəs və məhbus mübadiləsi sazişi çərçivəsinin yeddinci turunda sağ qalan altı israilli kişi əsirdən ikisini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

Teleqraf xəbər verir ki, Qəzza zolağındakı israilli əsirlər Eliya Koen, Ömər Şem-Tov, Ömər Venkert, Tal Şoham, Avera Mengistu və Hişam əl-Sayedin Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veriləcəyi gözlənilirdi.

Onlardan yalnız ikisi Tal Shoham və Avera Mengistu Qəzza zolağının Rəfah şəhərindən Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Bildirilib ki, əsirlərdən Tal Shoham Avstriya və İtaliya vətəndaşlığı ilə yanaşı, İsrail vətəndaşlığına da malikdir və Efiopiya əsilli israilli Avera Mengistu 10 ildir Qəzza zolağında saxlanılır.

Qəzza zolağında Nusayratdan olan Ömər Şem-Tov, Eliya Koen, Ömər Venkert və Hişam əl-Sayedinin Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilməsi üçün hazırlıqlar davam edir.

Xatırladaq ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşması yanvarın 19-da qüvvəyə minib.