Bolqarıstan paytaxtında vahid Avropa valyutasının dövriyyəyə buraxılmasına etiraz olaraq kütləvi aksiya keçirilib.

Teleqraf xəbər verir ki, Bolqarıstan paytaxtının mərkəzində nəqliyyatın hərəkəti bir neçə saatlıq dayanıb.

Etirazçılarla polis arasında toqquşmaya olub.

Aksiyanı Dirçəliş Partiyası təşkil edib. Partiya lideri Kostadin Kostadinov deyib: "Biz Bolqarıstan levini qorunması istəyirik və avronun Bolqarıstanda tətbiqinə qarşı mübarizə aparırıq. Bolqarıstanın məcburi şəkildə avrozonaya daxil edilməsinə etiraz edirik, 604 min insan avronun buraxılması ilə bağlı referendumun keçirilməsini dəstəkləyib, lakin parlament bu təşəbbüsü qulaqardına vurub".

O bildirib ki, növbəti etiraz aksiyası çərşənbə günü, fevralın 26-da parlament binası qarşısında keçiriləcək.

Mindən çox insanın iştirak etdiyi aksiya Bolqarıstan Milli Bankının (BNB) binası qarşısında başlayıb, ardınca Avropa Parlamenti və Avropa Komissiyasının binasına doğru kortəbii yürüş keçirilib. Etirazçılar binaya yumurta və boya atıblar, pirotexniki vasitələrdən istifadə olunub. Binanın giriş qapısını yandırmağa cəhd olunub, lakin yanğın tez söndürülüb.

Aksiya Bakı vaxtı ilə saat 17:00 radələrində hökumət binası qarşısında başa çatıb və burada etirazçılar dövlət himnini səsləndiriblər.

Sofiya polisinin direktor müavini Stefan İvanov bildirib ki, etirazçılarla polis arasında toqquşma nəticəsində 10-a yaxın hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, 6 nəfər saxlanılıb.