BAKI, 20 fevral. TELEQRAF

İran ABŞ Prezidenti Donald Trampın hədələrinə baxmayaraq, öz nüvə proqramının inkişafına sərmayə qoymağa davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib.

“İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymur, amma nüvə enerjisinə sərmayə qoymağa davam edəcək. Tehran nüvə silahlarının yayılmaması üzrə müqavilənin üzvüdür və bu sahədəki siyasəti tamamilə şəffafdır”, - o qeyd edib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, ABŞ-nin Tehranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlıqları əsassızdır.
“Biz, İranın nüvə silahı əldə etməməyə dair Ali Lider tərəfindən qoyulmuş dini qadağaya sadiqik”, - o vurğulayıb.