
BAKI, 19 fevral. TELEQRAF
Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran Milli Kitabxanası və Arxivində olub.
Teleqraf xəbər verir ki, səfir orada qurumun rəhbəri Qulamrza Əmirxani ilə görüşüb.
Görüş zamanı Ermənistan-İran mədəniyyətlərarası əlaqələrinə, qədim əlyazmalar, iki ölkənin arxivləri və milli kitabxanalar sahəsində əməkdaşlığa toxunulub.
Yaxın vaxtlarda İran Milli Kitabxanasında “Ermənistan tarixi və mədəni irsi”nə həsr olunmuş kitabların təqdim olunacağı erməni guşəsinin yaradılması barədə razılıq əldə olunub.