Bu gün Bakıda yerləşən Soul Kitchen restoranının 10 ili tamam olur.

Teleqraf xəbər verir ki, yubiley məqsədilə restoranda tədbir təşkil edilib.

Media nümayəndələri dəvət edilib və onlarla görüş keçirilib.

Tədbirdə restoranın rəhbəri Ramin Xudaverdiyev salamlama nitqi ilə çıxış edib.

Tədbirdə restoranın daimi müştərilərinə hədiyyə təqdim edilib.

Qeyd edək ki, tədbirə xüsusi qonaqlar dəvət edilib, Elza Seyidcahan, Zamiq Hüseynov kimi bir sıra tanınmış müğənnilər də iştirak ediblər.