BAKI, 19 fevral. TELEQRAF
Yerusəlim şəhərindəki (Qüds) erməni kilsəsi İsrailin aidiyyəti qurumları tərəfindən hərraca çıxarıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə Yerusəlim erməni patriarxlığı məlumat yayıb.
Məlumatda deyilir ki, şəhər bələdiyyəsi 1994-cü ildən bəri yığılan vergi borclarına görə kilsənin daşınmaz əmlakını müsadirə etmək və hərraca çıxarmaq istəyir:
“Patriarxlığın vəsatəti rədd edilərsə, Yerusəlim bələdiyyəsi patriarxlığa məxsus daşınmaz əmlaka həbs qoyacaq və borcları geri almaq üçün onu hərraca çıxaracaq”.