
BAKI, 22 fevral. TELEQRAF
Bu gün Parisdə Fransanın Avropa Birliyindən (AB) və NATO-kdan çıxması tələbi ilə nümayiş keçirilib.
Teleqraf xəbər verir ki, aksiyada bir neçə yüz nəfər iştirak edib.
Aksiya Florian Filipponun rəhbərlik etdiyi "Patriotlar" partiyasının təşəbbüsü ilə baş tutub.
Siyasətçi özü bəyan edib ki, Fransanın Avropa İttifaqından çıxması ölkəyə öz milli maraqlarını müdafiə etmək imkanı verəcək.
Etirazçılar “Makron istefa”, “Frexit” və “Makron, öz müharibəni özün apar”, “Avropadan bezmişik”, “NATO-nu dayandırın”, və s. şüarlarla Fransa paytaxtının mərkəzindən keçiblər.
Bundan əlavə, yürüş zamanı Filippo nümayişkaranə şəkildə Aİ bayrağını cırıb.