BAKI, 22 fevral. TELEQRAF

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza zolağında azad edilmiş daha bir girovu İsrailə ötürüb.

Teleqraf xəbər verir ki, o, hazırda İsrail ərazisinə yola düşüb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, İsrail vətəndaşı Hişam əl-Seyyid İsrail sərhədini keçib.

O, 2015-ci ildən Fələstin anklavında girov saxlanırdı. Bu, fevralın 22-də fələstinli radikallar tərəfindən azad edilməli olan altı girovdan sonuncusudur.