
BAKI, 24 fevral. TELEQRAF
İsrail 2002-ci ildən bəri ilk dəfə İordan çayının qərb sahilində yerləşən Cenin Qaçqınlar Düşərgəsi tanklarla hücum edib.
Teleqraf "Haber7"yə istinadla xəbər verir ki, hücumda 3 tank və bir neçə digər zirehli texnikalardan istifadə olunub.
HƏMAS bəyan edib ki, 23 ildən sonra ilk dəfə işğal altındakı ərazilərə tankların göndərilməsi İsrailin Fələstin xalqına qarşı “soyqırımı” müharibəsini davam etdirmək niyyətinin əlamətidir .
40 mindən çox fələstinli qaçqının yaşadığı düşərgə sakinləri tanklara daş atmaqla öz etirazlarını bildiriblər.