BAKI, 24 fevral. TELEQRAF

Çexiya polisi İŞİD terror təşkilatına cəlb edilmiş 20 yaşlı ölkə vətəndaşını təyyarəyə minərkən saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı respublika Baş Prokurorluğuna istinadən məlumat yayıb.

İŞİD üzvləri daha öncə İslamı qəbul etmiş gənclə "Telegram" messenceri ilə əlaqə saxlayıblar. Onlar onu təşkilata dəvət ediblər.

Saxlanılan şəxs İŞİD ilə əlaqəsini etiraf edib və istintaqla əməkdaşlıq edib.

Məlumata görə, şübhəlini üç il həbs cəzası gözləyir. O, polislə əməkdaşlıqdan imtina etsəydi, 12 il həbs cəzası ala bilərdi.