
BAKI, 24 fevral. TELEQRAF
Pxenyan KXDR-ə qarşı sanksiyaları qeyri-qanuni və barbar hesab edir, lakin onların ləğvində maraqlı deyil.
Teleqraf xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Biz sanksiyaların aradan qaldırılmasında maraqlı deyilik. ABŞ-dən gələn barbar sanksiyalar bizə ən çətin şəraitdə sağ qalmağı, çiçəklənməyi və daha da güclənməyi öyrətdi", - Xarici İşlər Nazirliyi bildirib.
XİN həmçinin xəbərdarlıq edib ki, KXDR-ə qarşı əlavə sanksiyalar tətbiq etməyə cəhd edən hər kəs “yüksək bədəl ödəyəcək”, çünki Pxenyan onun suveren hüquqlarını qorumaq üçün tədbirlər görməyə məcbur olacaq.