BAKI, 23 fevral. TELEQRAF

Planlaşdırılan nümayiş və artan terror təhdidləri fonunda Xristian Birlik İttifaqının (CDU/CSU) Berlindəki qərargahında təhlükəsizlik tədbirləri gücləndirilib.

Teleqraf xəbər verir ki, binanın ətrafındakı bütün ərazi iki kilometr radiusda mühasirəyə alınıb.

Yerli hüquq mühafizə orqanlarından verilən məlumata görə, İttifaqın qərargahı yaxınlığındakı əsas küçəyə gedən bütün yan küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Almaniyada keçirilən növbədənkənar federal seçkilər Xristian Birlik İttifaqının qələbəsi ilə başa çatıb.