
BAKI, 23 fevral. TELEQRAF
İsrail Livanın cənubuna hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hədəflərdən biri Hizbullahın hərbi obyekti olub. Hizbullahın bu ərazidəki fəaliyyəti İsrail ilə Livan arasındakı razılaşmanın pozulması kimi qiymətləndirilir.