BAKI, 24 fevral. TELEQRAF

"Avropa qoşunlarının Ukraynaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil".

Teleqraf xəbər verir ki, bunu Xristian Birlik blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz deyib.

“Gündəmin ilk sualı Ukraynanın özünü müdafiə edə bilməsi üçün onu necə dəstəkləməkdə davam edə biləcəyimizdir. Məncə, biz bu günədək kifayət qədər iş görməmişik" - siyasətçi deyib.