
BAKI, 23 fevral. TELEQRAF
İsrail fələstinli məhbusların azad edilməsini təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Bəyanatda deyilir: “HƏMAS- ın dəfələrlə etdiyi pozuntular, o cümlədən girovlarımızın şərəfini təhqir edən alçaldıcı mərasimlər və onlardan təbliğat məqsədilə istifadə olunması səbəbindən terrorçuların azad edilməsinin təxirə salınması qərara alınıb”.
Qeyd olunur ki, HƏMAS sözgedən mərasimlərin aradan qaldırılacağına təminat verənədək qərar qüvvədə qalacaq.