BAKI, 24 fevral. TELEQRAF

Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Yeni Zenlandiya yeni anti-Rusiya sanksiyalarının tətbiqini elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters "X" sosial şəbəkəsində məlumat verib.

"Bu əlavə sanksiyalar 52 şəxs və təşkilatı hədəf alır", - diplomat bildirib.

Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, məhdudiyyətlər 27 fiziki və 25 hüquqi şəxsə şamil olunacaq. Onların arasında Rusiyanın enerji resurslarının ixracı və “Ukraynalı uşaqların məcburi köçürülməsi” ilə əlaqəli şirkətlər, habelə Rusiya Federasiyasına yardım etdiyi iddia edilən Şimali Koreyanın yüksək rütbəli hərbçiləri də var.

Peters əlavə edib ki, Yeni Zelandiya Ukraynanın Bərpa Fonduna 3 milyon dollar köçürəcək.