BAKI, 24 fevral. TELEQRAF

Xristian Birlik İttifaqından Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Katolik Pasxa bayramından əvvəl (20 apreldən öncə - red) Almaniyanın yeni hökumətini qurmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, o, bu barədə Bundestaqa erkən seçkilərdən sonra yerli telekanallara danışıb.

"İndi Pasxa bayramına səkkiz həftədən az vaxtımız qalıb və düşünürəm ki, bu, Almaniyada hökumət qurmaq üçün kifayət qədər vaxtdır" - o deyib.