BAKI, 24 fevral. TELEQRAF

Fələstinin "HƏMAS" hərəkatı İsrailin növbəti qrup məhbusları azad edənə qədər vasitəçilərlə danışıqlardan imtina edir.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Mahmud Mərdavi “Əl-Cəzirə” telekanalına məlumat verib.

“Altı israilli girovun təhvil verilməsi müqabilində fələstinli məhbuslar azad edilənə qədər heç bir danışıq aparılmayacaq”, - Həmas sözçüsü bildirib.

Girovların fevralın 22-də azadlığa buraxılması nəzərdə tutulurdu. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi qərarın “HƏMAS-ın təkrar pozuntuları” səbəbindən gecikdiyini bildirib.