
BAKI, 24 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Xristian Birlik İttifaqını Bundestaqa keçirilən növbədənkənar seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Görünür, Almaniyada mühafizəkar partiya çox böyük və çoxdan gözlənilən seçkidə qalib gəlib”, - o yazıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika xalqı da, alman xalqı kimi enerji və immiqrasiya problemlərindən yorulub.