.jpg)
BAKI, 24 fevral. TELEQRAF
Almaniya kansleri Olaf Şolts bazar günü keçirilən Bundestaq (parlament) seçkilərindən sonra yeni hakim koalisiya qurulana qədər hökumətə rəhbərliyini davam etdirəcək.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"AFR-nin doqquzuncu kansleri olmaq böyük şərəfdir. Mən sona qədər bu vəzifədə çalışacağam. İndi başqa siyasətçilər hökuməti qurmağın yolunu tapmalıdırlar. Bu şərəfi son seçkilərdə mənə və bizə mandat verən vətəndaşlara, eləcə də Sosial Demokrat Partiyasına borcluyam", - Şolts deyib.