BAKI, 24 fevral. TELEQRAF
Sağçı Almaniya üçün Alternativ (AFD) partiyası ölkənin daha beş əyalətində keçirilən səsvermədə qalib gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Federal Seçki Komissiyası məlumat yayıb.
AFD Brandenburqda 32,5%, Türingiyada 38,6% , Saksoniyada 37,3% , Meklenburq-Ön Pomeraniyada 35%, Saksoniya-Anhaltda 37,3% səs toplayıb.
Partiya 2021-ci il seçkiləri ilə müqayisədə təqribən 21% səs alaraq və nəticəsini demək olar ki, iki dəfə artıraraq tarixində ilk dəfə ölkədə ikinci yeri tutub.