BAKI, 24 fevral. TELEQRAF

Danimarka hökuməti Kiyevə humanitar yardım və ölkənin yenidən qurulması üçün əlavə 56,81 milyon dollar ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

BMT-nin hesablamalarına görə, 2025-ci ildə Ukraynada, demək olar ki, 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.

2022-ci ilin fevralından bəri krallıq Ukraynaya hərbi dəstək üçün 7,2 milyard avro, mülki yardım üçün isə 709 milyon avro ayırıb.