
BAKI, 24 fevral. TELEQRAF
ABŞ-də federal agentlik rəhbərləri öz tabeliyində olanlara Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın həftəlik işlərinin yekunlarına dair əmrinə məhəl qoymamağı tapşırıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” yazır.
“ABŞ Prezidenti Donald Tramp tərəfindən təyin edilmiş bir neçə agentlik rəhbərləri öz işçilərini İlon Maskın son bir həftə ərzində əldə etdikləri nailiyyətləri qiymətləndirmək əmrinə tabe olmamağa çağırıblar”, - nəşr yazır.
Onlar arasında Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard və Pentaqon rəhbərliyi var.